Ajans.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Ağ Evdə Avropa liderləri ilə Donald Tramp və Volodimir Zelenski arasında çoxtərəfli görüşdə səsləndirib. "Sizin “Mən təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazıram” deməyiniz böyük addım və nailiyyətdirdır, bu, həqiqətən də, irəliləyişdir və böyük fərq yaradır. Buna görə də təşəkkür edirəm” - NATO-nun baş katibi söyləyib. Rutte həmçinin deyib ki, Əgər biz bu prosesi düzgün aparsaq, Ukraynadakı müharibəni sona çatdıra bilərik. O eyni zamanda, Rusiya Prezidenti Vladimir Putini sülh danışıqlarına cəlb etməklə "dalana dirənmiş vəziyyəti aradan qaldırdığı" üçün Ağ Ev rəhbərinə təşəkkür edib.