ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merslə söhbəti zamanı Azərbaycan və Ermənistanla bağlı diqqətçəkən açıqlama verib.
KONKRET.az xəbər verir ki, Mers Rusiya-Ukrayna məsələsinə toxunaraq üçtərəfli görüşdən (ABŞ, Ukrayna və Rusiya liderləri arasında) öncə atəşkəsin vacibliyini vurğulayıb. Cavabında Tramp isə öz fəaliyyətini misal çəkərək bildirib: “Bundan əvvəl mən 6 müharibəni dayandırmışam və orada atəşkəs olmamışdı. Keçən həftə 35 il müharibə aparmış iki möhtəşəm ölkə – Azərbaycan və Ermənistan, onların arasında da atəşkəs olmamışdı”.
Trampın sözlərinə görə, beynəlxalq münaqişələrdə əsas məsələ yalnız atəşkəs elan etmək deyil, davamlı və real sülhə nail olmaqdır.
Natiq Səlim,
KONKRET.az