AZ

İranda su böhranı müşahidə edilir

İranda su böhranı müşahidə edilir. Metbuat.az xəbər verir ki, İranda on iki böyük bənddə suyun səviyyəsi 10 faizdən aşağı düşüb. Bu barədə İran Su Resursları İdarəetmə Şirkəti məlumat paylaşıb. Məlumata görə, ölkədəki bəzi bəndlərdə su səviyyəsi 0-8 faiz arasında dəyişir. Rezevi Xorasan vilayətinin şimal-şərqindəki Torok bəndində suyun səviyyəsi 6 faiz, Dosti bəndində isə 5 faiz təşkil edib. Şimaldakı Gülistan əyalətindəki Vuşmgir bəndində suyun səviyyəsi 0 faiz, Mazandaran vilayətindəki Lar bəndində 5 faiz, Gilandakı Sefidrud bəndində isə 4 faiz təşkil edib. İranın cənubundakı bəzi bəndələrdə isə suyun səviyyəsi 0 faiz təşkil edib.

Qeyd edək ki, bundan əvvəl Prezident Məsud Pezeşkian ölkənin su ehtiyatlarının getdikcə azaldığını və quraqlığa doğru getdiyi barədə xəbərdarlıq etmişdi.

Seçilən
20
40
metbuat.az

10Mənbələr