Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Sadıqov Fikrət Sədirxan oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadanı vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta