Rusiyanın xalq artisti Oleq Qazmanovun “Zabitlər” mahnısı məktəb proqramına salınmalıdır.
SİA-nın məlumatına görə, bu fikri Rusiyanın əməkdar artisti Yuta (əsl adı - Anna Osipova –A.B.) paylaşıb.Müğənni qeyd edib ki, bəstə yazıldığı illərdə aktual olub və bu günə qədər populyarlığını qoruyub saxlayır.
...Bu, şedevrdir. O vaxtlar asan olmasa da, faktiki olaraq bütün ölkəni birləşdirən mahnı. Onun işi hələ də bir çox silahlı və təhlükəsizlik orqanlarında himndir, - o qeyd edib.
Qazmanov bundan əvvəl Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında aparılan danışıqları şərh edib.
Sənətçi siyasətçi olmadığını, dünya hadisələrini yaxından izlədiyini qeyd edib.
Nazlı Almuradova