ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
İngiltərə təmsilçisi "Arsenal" Braziliyanın "Palmeyras" klubunun müdafiəçisi Luis Benedettini transfer etməyi planlaşdırır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "topçular" 19 yaşlı braziliyalı oyunçunu bu yay sıralarına cəlb etmək istəyirlər.
Qeyd edək ki, Benedetti bu mövsüm 15 matçda 2 qol vurub. Onun "Palmeyras" ilə müqaviləsinin müddəti 2029-cu ildə başa çatacaq.
"Transfermarkt" futbolçunun transfer dəyərini 500 min avro qiymətləndirir.
“Cebheinfo.az”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.