GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Zelenski Ukrayna münaqişəsinin sona çatmasını istəyirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüş zamanı bildirib.
“Biz davamlı sülhün olduğuna əmin olmalıyıq. Vladimir Putin bu müharibəni bitirmək istəyir. Bu centlmen [Zelenski] onu bitirmək istəyir. Bütün dünya bu müharibədən yorulub”, – Tramp deyib.
ABŞ lideri əlavə edib ki, əvvəlcə münaqişənin tez bitəcəyini düşünürdü, lakin bunu “ən asan məsələ” kimi qiymətləndirməsinin səhv olduğunu etiraf edib.
Qeyd edək ki, avqustun 18-də keçirilən görüş Tramp və Zelenskinin fevralda baş verən Ağ Ev qalmaqalından sonra ilk üzbəüz danışıqlarıdır.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.