AZ

Tramp: “Putin nə qədər qəribə səslənsə də, saziş bağlamaq istəyir” - VİDEO

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı saziş bağlamaq istəyir.

Bizim.Media xəbər verir ki, amerikalı lider bunu Avropa liderləri ilə Ağ Evdə keçiriləcək görüş ərəfəsində Fransa prezidenti Emmanuel Makrona qapalı şəkildə deyib.
 

“Məncə, o (Putin) saziş bağlamaq istəyir. Başa düşürsünüz? Nə qədər qəribə səslənsə də”, – Tramp fransalı həmkarına söyləyib.


Güman olunur ki, ABŞ prezidentinin mikrofonu söndürülmədiyindən bu ifadə birbaşa yayımda eşidilib.

Qeyd edək ki, hazırda Ağ Evdə Tramp və Zelenskinin Avropa liderləri ilə görüşünün mətbuata qapalı hissəsi keçirilir.


Bizim.Media

Seçilən
52
50
bizim.media

10Mənbələr