Bakı. Trend:
Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqların iştirakı iləçəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzivideoların paylaşılması ciddi ictimai rezonans doğurub. Xüsusilə,azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış vərəqs hərəkətlərini nümayiş etdirməsi, həm etik və mənəvi dəyərlərbaxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir.
Trend-inməlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin müraciətində bildirilib.
Bildirilib ki, bu kimi halların yaranması, ilk növbədə, valideynməsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsalplatformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgünmaarifləndirilməməsi ilə bağlıdır.
"Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsasvəzifələrindən biri uşaqların təhlükəsiz və sağlam mühitdəböyüməsini təmin etməkdir.
Uşaqların davranışları, maraqları və sosial bacarıqlarıformalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişafedir. Bu səbəbdən, sosial media platformalarında yayılan qeyri-etikməzmunlar, "trendlər" və vizual təsirlər uşaqlar üçün ciddi riskfaktoru yaradır.
Qeyd etmək istərdik ki:
🔹Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, uşaqlarınhüquqlarının pozulması, onların mənəvi və psixoloji inkişafınazərər vuran istənilən fəaliyyət yolverilməzdir.
🔹1992-ci ildən Azərbaycan Respublikasının qoşulduğu BMT-nin UşaqHüquqları Konvensiyası uşaqların istismarının və zorakılığın bütünformalarına qarşı beynəlxalq hüquqi baza yaradır.
🔹Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarınınsosial mediada paylaşılması uşaq hüquqlarının kobud pozuntusuolmaqla yanaşı, həm də pedofiliya və uşaq istismarı hallarınınartmasına şərait yaradır.
Bu kontekstdə Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi valideynlərə, ictimaiyyətə və media nümayəndələrinəaşağıdakı çağırışı edir:
Uşaqların sosial şəbəkələrdə foto və videolarının paylaşılmasınaciddi yanaşın;
Uşaqların izlədikləri rəqəmsal məzmunlara daimi nəzarətedin;
Etik, mənəvi və hüquqi dəyərlərə zidd olan hər hansı halmüşahidə etdikdə müvafiq dövlət qurumlarına və hüquq-mühafizəorqanlarına məlumat verin;
Uşaqların iştirakı ilə çəkilən videoları paylaşmazdan əvvəlonların psixoloji, mənəvi və hüquqi təhlükəsizliyini ön plandatutun;
Uşaqlara erkən yaşlardan etibarən sosial mediadan düzgünistifadə qaydalarını öyrədin və şəxsi sərhədlərə hörmət etməyiaşılayın.
Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam,təhlükəsiz və ləyaqətli bir mühitdə böyüməsi yalnız dövlətin deyil,bütöv cəmiyyətin məsuliyyətidir", - deyə Komitədən bildirilib.