AZ

Kofeinsiz qəhvənin faydaları sizi kofeini unutduracaq - 5 əsas faydası

Qəhvə günün yorğunluğunu aradan qaldırmaq və ya xoş söhbətlərə yoldaşlıq etmək üçün əvəzolunmaz içkidir. Lakin bəzi insanlar üçün kofein yuxu pozğunluğundan ürək döyüntüsünə qədər müxtəlif yan təsirlərə səbəb ola bilər.

E-saglam.az-ın məlumatına görə, kofeinsiz qəhvə isə bu problemləri aradan qaldıraraq qəhvə ləzzətini sağlam şəkildə təklif edir.

Kofeinsiz qəhvənin ən önəmli faydalarından biri yuxu rejimini pozmamasıdır. Xüsusilə gecələr qəhvədən imtina edə bilməyənlər üçün sərfəli olan bu alternativ, kofeinin stimullaşdırıcı təsirindən azad bir içki təqdim edir.

Bundan əlavə, kofeinsiz qəhvə ürək-damar sağlamlığı üçün də faydalıdır. Antioksidantlarla zəngin olması ateroskleroz riskini azalda bilər və qan təzyiqinə mənfi təsir göstərmir, bu isə xüsusilə hipertansiyonu olanlar üçün daha təhlükəsiz bir seçimdir.

Kofeinsiz qəhvənin mədə üçün də faydaları vardır. Reflü və ya qastrit problemi yaşayanlar onu rahatlıqla qəbul edə bilər, çünki mədə turşusunu adi qəhvədən daha az tətikləyir. Bu, həzm sistemini yormadan qəhvə həzzini yaşamağa imkan verir.

Kofeinsiz qəhvə həmçinin narahatlıq və titrəmə kimi kofeinlə əlaqəli simptomları aradan qaldırır. Bu, həm fiziki rahatlıq, həm də zehni rifah təmin edir.

Beləliklə, ləzzətdən ödün vermədən sağlam qəhvə axtaranlar üçün kofeinsiz qəhvə ideal seçimdir. Yuxu rejimini pozmur, ürəyə dostdur və mədəni yormur. Mütəxəssislərin vurğuladığı kimi, kofeinsiz qəhvənin faydalarını öyrəndikdən sonra bir çox insan üçün kofeinli qəhvə artıq arzuolunan olmur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
14
9
e-saglam.az

10Mənbələr