GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında bu gün Ağ Evdə keçirilən danışıqlar Ukraynada uzunmüddətli sülhə doğru kursu gücləndirə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Dmitri Polyanski “RİA Novosti”yə açıqlamasında bildirib.
“Hər kəs ümid edir ki, bu görüş Rusiya ilə aparılacaq danışıqlara paralel keçəcək və Trampın da qeyd etdiyi kimi, uzunmüddətli sülh imkanlarını açacaq. Biz belə ssenarini yüksək qiymətləndiririk”.
O, həmçinin Ukrayna rəhbərliyinin müharibə istəməyən və ədalətli sülhə hazır olan vətəndaşların maraqlarını nəzərə alacağına ümid etdiyini bildirib. Polyanski əlavə edib ki, Rusiya uzun illərdir ki, belə bir nəticəyə nail olmağa çalışır.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.