AZ

Tramp: “Həm Putin, həm də Zelenski bu müharibənin başa çatmasını istəyir”

“Ukraynada müharibənin başa çatmasına dair məntiqli şanslar mövcuddur. Həm Putin, həm də Zelenski müharibənin başa çatmasını istəyir. Avropa liderləri də Ukraynada sülhün bərqərar olmasını arzulayırlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı ilə görüş zamanı deyib.

Tramp sülh razılaşması çərçivəsində Ukraynaya “çox yaxşı müdafiə” təmin edəcəyinə söz verib.
 

O bildirib ki, Ukraynadakı müharibə başa çatacaq, bunu həm tərəflər, həm də bütün dünya istəyir, lakin hələ ki, müddəti qiymətləndirmək mümkün deyil.


Tramp qeyd edib ki, Zelenski və Avropa liderləri ilə görüş yekun görüş sayılmır.

Bizim.Media

Seçilən
13
50
bizim.media

10Mənbələr