AZ

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında bürünc medal qazana bilər

Azərbaycanın 2 sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazana bilər.

"Report" xəbər verir ki, ikinic yarış günündə Vasif Bağırov (57 kq) braziliyalı Kayo Arona 6:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Sumit Maliklə bacarmayıb – 2:9. Rəqib finala yüksəldiyi üçün Vasif sabah təsəlliverici görüşə çıxacaq.

Anar Cəfərli (92 kq) ilk mərhələdə türkmənistanlı Orazmuhammet Hocaliyevi minimal fərqlə (3:2) üstələyib. Həmyerlimiz daha sonra həm belaruslu Aleksey Kulakova, həm də hindistanlı Saçin Saçinə 10:0 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb. Anar yarımfinalda qazaxıstanlı Kamil Kuruqliyevə 6:9 hesabıyla məğlub olduğu üçün sabah bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Nurlan Ağazadə (70 kq) və Yusuf Dursunov (125 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Seçilən
0
50
report.az

10Mənbələr