AZ

Zelenskaya Trampın arvadına məktub göndərdi

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə Amerika lideri Donald Trampla görüşü zamanı ona ABŞ-nin birinci xanımı Melania Trampa ünvanlanmış məktubu təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, liderlərin görüşü Ağ Ev tərəfindən canlı yayımlanır.

Məktubun Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskaya tərəfindən göndərildiyi vurğulanır.

Lakin məktubun məzmunu açıqlanmır.

Qeyd edək ki, avqustun 15-də ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ona həyat yoldaşı Melania Trampdan məktub çatdırıb. Mənbələr məktubun məzmununu detallı açıqlamasalar da, onun Ukraynadakı münaqişə zamanı qaçırılan uşaqlar barədə olduğu qeyd olunub. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
11
qafqazinfo.az

3Mənbələr