AZ

Aysun İsmayılova anası ilə bağlı müraciət etdi – Video


Müğənni Aysun İsmayılova anası Rəqsanə İsmayılovanın azadlığa buraxılması üçün Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Anam Rəqsanə İsmayılova hazırda həbsdədir. O, bizim üçün yalnız sənətçi deyil. Ən başda 4 övlad anasıdır. Bizim ən böyük istəyimiz, ehtiyacımız anamızın yanımızda olmağı, nəfəsini, sevgisini, qayğısını hiss etməkdir. Cənab Prezident, anam bütün ömrünü Azərbaycan incəsənətinə həsr edib. Həm ölkəmizdə, həm də xaricdə incəsənətimizi təmsil edib. Eyni zamanda pandemiya dönəmində insanlara yardım etmişdir. Müharibə zamanı hərbçilərimizə dəstək olmuşdur”, - İsmayılova deyib. 
Müraciəti təqdim edirik: 

Xatırlada ki, müğənni Rəqsanə İsmayılova xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Seçilən
33
50
yeniavaz.com

10Mənbələr