ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini Ağ Evdə Volodimir Zelenski və Avropa liderləri ilə keçirilən görüşlərin nəticələri barədə məlumatlandırmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, Ağ Evdə Zelenski ilə görüş zamanı jurnalistlərə açıqlama verən Tramp Putinlə münasibətlərinə toxunaraq deyib: “Bugünkü görüşlərimizdən dərhal sonra telefon danışığımız olacaq”.
Amerika lideri əlavə edib: “O, bu görüş başa çatdıqdan sonra mənim zəngimi gözləyir”.