AZ

Rusiyanın Oddesada “SOCAR”ın neft anbarını yenidən vurmaqla məqsədi nədir?VİDEO

Rusiya Oddesada "SOCAR"ın yanacaqdoldurma məntəqəsini yenidən vurub.

Xezerxeber.az-ın xəbərinə görə, politoloq Tural İsmayılov deyir ki, Rusiyanın bu addımı Azərbaycana mesaj xarakteri daşıyır. Göründüyü kimi, Rusiya son vaxtlar Ukraynada Azərbaycana məxsus enerji obyektlərini məqsədyönlü şəkildə hədəfə alıb.

Bu obyektə ikinci kütləvi hücumdur. Avqustun 8-nə keçən gecə də Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmək üçün "Shahed" pilotsuz təyyarələrindən istifadə etmişdi. Hücum yanğına səbəb olmuşdu və dizel yanacağı boru kəmərinə ziyan vurmuşdu. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib. Bundan əvvəl - avqustun 6-da isə Rusiya Odessada Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına hava zərbələri endirmişdi.

Onu da qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski SOCAR-ın Ukraynanın Odessa şəhərində yerləşən neft anbarının dağıdılmasına münasibət bildirib. Ukrayna lideri bu barədə öz "Telegram" kanalında yazıb. "Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən qəsdən hücum olub. Bu, bizim münasibətlərimizə, enerji müstəqilliyimizə zərbədir", - deyə  Zelenski qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
22
50
xezerxeber.az

10Mənbələr