Bu münaqişələri illərlə idarə edib heç bir nəticə əldə edə bilməyən insanların məsləhətinə ehtiyacım yoxdur. Onlar axmaq və başa düşmək qabiliyyəti olmayan adamlardır, vəziyyəti daha da çətinləşdirirlər.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında Rusiya-Ukrayna münaqişəsi ilə bağlı yazıb.
Tramp bildirib ki, məqsədi müharibəni daha da uzatmaq yox, dayandırmaqdır.
“Bütün bu yüngül çəkili və paxıl tənqidçilərə baxmayaraq, mən bunu həll edəcəyəm – həmişə etdiyim kimi!” - Tramp əlavə edib.