AZ

“Neftçi”dən son xəbər – “İmişli”yə qarşı oynaya biləcək

Zədəli futbolçularla bağlı problem yaşayan “Neftçi” mövsümün açılış oyununu da itkiylə başa vurdu.

“Şamaxı”yla qarşılaşmanın 72-ci dəqiqəsində Elvin Bədəlov yerə yıxılıb əvəzlənməsini istədi ki, təcrübəli müdafiəçinin yetrinə yeni transfer Falaye Sako mübarizəyə qoşuldu.

Lakin bu, onsuz da müdafiəçi sarıdan korluq çəkən “ağ-qaralar”ın “İmişli”ylə qarşılaşmada Elvinin xidmətindən yararlana bilməyəcəyi anlamına gəlmir.

İş burasındadır ki, Bədəlovun oyunu davam etdirə bilməməsinə səbəb zədələnməsi yox, özünü pis hiss etməsi səbəb olub.

Matçdan öncə səhhətində problem yaşanan futbolçu baş məşqçi Samir Abasova oynamaq gücündə olduğunu söyləyib.

Lakin ikinci yarıda ürəyi bulanıb, başı gicəllənib. Çox çalışsa da, özünə gələ bilməyib. Nəticədə əvəzlənməsini xahiş edib.

Odur ki, cümə günü meydana çıxmasında problem yoxdur. Təbii ki, baş məşqçi ehtiyac duysa.

“Neftçi” II tur çərçivəsində avqustun 22-də Şamaxı şəhər stadionunda “İmişli”nin qonağı olacaq. Oyun saat 17:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
18
50
sportinfo.az

10Mənbələr