AZ

İranın Ermənistandakı sabiq səfiri: Qafqaz bizimdir...

Əli Seyid Səqayən ABŞ-ın regiondakı planlarının həyata keçməsinə imkan verməyəcəklərini bildirib...

Poliqon xəbər verir ki, İranın Ermənistandakı sabiq səfiri Əli Seyid Səqayən Qafqaz regionu ilə bağlı sərt açıqlama verib. Onun sözlərinə görə, bu ərazi İran üçün strateji əhəmiyyət daşıyır və burada baş verən proseslərə kənar qüvvələrin müdaxiləsinə icazə verilməyəcək.

Qafqaz bizimdir. Bizdən başqa heç kimin bu regionla ortaq sərhədi yoxdur. ABŞ-ın planlarının həyata keçməsinə imkan verməyəcəyik. Bizim qüvvələrimiz hazırdır və zərurət yaranarsa, regiona ilk daxil olan da biz olacağıq”, deyə.Səqayən bəyan edib.

Ekspertlər hesab edirlər ki, İran rəsmisinin bu açıqlaması Tehranın Cənubi Qafqaz siyasətində artan iddialarını nümayiş etdirir. Rəsmi Tehran son aylarda regionda geosiyasi vəziyyətin dəyişməsindən narahatlığını dəfələrlə dilə gətirib və ABŞ-ın buradakı fəallığını təhlükə kimi qiymətləndirib.

Qeyd edək ki, İran rəsmiləri daha əvvəl də Ermənistanla yaxın əməkdaşlığı və Cənubi Qafqazda balansın qorunmasının vacibliyini vurğulayıblar. Tehran “Şimal–Cənub” və “Şərq–Qərb” dəhlizləri vasitəsilə özünün tranzit imkanlarını genişləndirməyə çalışır və regionda istənilən xarici hərbi iştirakın qarşısında dayandığını bəyan edir.

Siyasi şərhçilər bildirirlər ki, Səqayənin sözləri ABŞ-la yanaşı regionda maraqları olan digər Qərb dövlətlərinə də ünvanlanmış açıq mesajdır. Bu, həmçinin İranın Qafqazda öz təsir dairəsini gücləndirməyə yönəlik siyasətinin davamı kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
6
29
poliqon.info

10Mənbələr