AZ

ABŞ-da it üçüncü dəfə insan qalıqları tapdı – sirlə dolu araşdırma davam edir

ABŞ-da

ABŞ-ın Alabama ştatının Birmingem şəhərində adi bir ev iti il ərzində üçüncü dəfə sahibinə insan qalıqları gətirib. Bu barədə AL.com nəşri məlumat yayıb.Bir il əvvəl, 2024-cü il avqustun 20-də “Çikarin” adlı it insan kəlləsi gətirib. İkinci hadisə həmin ilin 12 dekabrında baş verib – bu dəfə itdə baldır sümüyü aşkarlanıb. Polis ərazini yoxlasa da, başqa heç nə tapılmayıb.2025-ci il avqustun 8-də isə ev sahibi həyətdə yenidən insan sümüyü görüb. Onu da Çikarin gətirmişdi. Bu dəfə şerif idarəsinin əməkdaşları xidməti itlərlə yaxınlıqdakı meşəni axtarıb və bir neçə skelet fraqmenti tapıblar. Hazırda DNT analizi aparılır ki, onların it tapıntıları ilə bağlı olub-olmadığı müəyyənləşdirilsin.Mart ayında keçirilən ekspertiza göstərib ki, əvvəlki kəllə və baldır sümüyü bir insana məxsusdur və kəllədə güllə yarasının izləri var. İtin üstünə GPS izləyici quraşdırılıb, lakin onun gəzdiyi yerlərdə yeni tapıntılar aşkarlanmayıb.Ulusum.az

Diqqət Çəkənlər

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO

Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO

Ryazanda dəhşətli partlayış – Ölənlərin sayı artır, yüzlərlə yaralı - VİDEO

Seçilən
21
50
ulusum.az

10Mənbələr