BAKI, 18 avqust. TELEQRAF
Fələstinin HƏMAS Hərəkatı İsrailin atəşkəs təklifini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
“HƏMAS atəşkəs təklifini qəbul edib. Fələstin hərəkatının qərarı Təl-Əvivə vasitəçilər vasitəsilə çatdırılıb”, - məlumatda bildirilib.
HƏMAS-ın mümkün atəşkəs durumunda Qəzza zolağında saxladığı israilli girovların yarısını Təl-Əvivə təhvil verəcəyi qeyd edilib.