AZ

Qələbələri sıralayan "Qarabağ"da hamını düşündürən NƏDİR?

"Qarabağ" Çempionlar Liqasında uğurlu çıxışına davam edir.

"Şelburn"la başlayan qələbə seriyası Şimali Makedoniya "Şkendiya"sı ilə 4-ə çatdı.

Bu dəfə "köhlən atlar" "Şkendiya"nı darmadağın etdi - 5:1.

Qələbələr qədər sevindirən digər məqam komandanın cəmi bir qol buraxmasıdır.

Əvəzində 10 dəfə rəqib qapılarının torunu silkələmək mümkün olub.

Amma futbol ictimaiyyəti bu qədər pozitiv məqamları yox, daha çox yeni transferləri müzakirə edir.

Söhbət yay fasiləsində kollektivə qoşulan Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmaee və Joni Montieldan gedir.

Hələ ki yalnız Montildan debüt etməyib.

Məncə, debüt edən digərləri haqqında da nəsə danışmaq çox erkəndir.

Cəmi 4 matç arxada qalıb. Eləsi var üst-üstə 1 matç belə keçirməyib.

Rəqiblər də kifayət qədər münasib.

Belədə yenilərlə bağlı şərh vermək çox çətindir.

Ən yaxşısı gözləməkdir.

Ən azı pley-off mərhələsini.

Nəzərə alaq ki, Ağdam klubu asta-asta sürət yığdığı kimi, yeni transferləri də adaptasiya prosesini aramla keçir.

XANOĞLAN İMANOV

Seçilən
19
50
sportinfo.az

10Mənbələr