AZ

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“AZƏRİŞIQ” ASC Kəlbəcərdə həyata keçiriləcək elektrik təchizatı layihəsini nizamnamə kapitalı cəmi 10 manat olan şirkətə həvalə edib.

“AZƏRİŞIQ” Açıq Səhmdar Cəmiyyəti Kəlbəcər şəhərində (1-ci faza üzrə) transformator məntəqəsinin tikintisi və 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi ilə bağlı 2.362.043,52 manatlıq müqavilə imzalayıb.

Layihənin icrası “Smart Energy Services” MMC-yə tapşırılıb.

Dövlət Vergi Xidmətinin məlumatına görə, “Smart Energy Services” Məhdud Məsuliyyətli Cəmiyyəti 29 yanvar 2020-ci ildə qeydiyyata alınıb və nizamnamə kapitalı 10 manatdır.

Şirkət təsis edildiyi zaman onun qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Daha sonra bu vəzifəyə Tinayev Anar Nemət oğlu təyin edilib.

Qeyd edək ki, “Smart Energy Services” MMC fəaliyyətə başladığı vaxt “RX İNVEST LAYİHƏ” MMC adı ilə qeydiyyatdan keçib. Şirkətin adı daha sonra dəyişdirilib.

Araşdırmalara əsasən, “Smart Energy Services” MMC ötən il ərzində “AZƏRİŞIQ” ASC ilə ən çox satınalma müqaviləsi imzalayan şirkətlərdən biri olub.

Hazırda şirkətin fəaliyyəti, maddi-texniki bazası və kadr potensialı barədə açıq mənbələrdə geniş məlumat mövcud deyil. Bu isə şirkətin dövlət sifarişlərini hansı əsaslarla aldığı ilə bağlı suallar doğurur.

Layihənin həyata keçiriləcəyi ərazi — Kəlbəcər — işğaldan azad edilmiş bölgələrdən biridir və burada aparılan bütün infrastruktur layihələri böyük ictimai maraq doğurur. Mütəxəssislər hesab edirlər ki, bu cür iri həcmli layihələr üçün podratçı seçimi zamanı şəffaflıq və hesabatlılıq əsas götürülməlidir.

Qeyd edək ki, "Smart Energy Services" MMC "Azərişıq" ASC ilə dəfələrlə böyük həcimli tender müqavilələri imzalayıb.

Xatırladaq ki, “Azərişıq” ASC-nin sədri Əhmədov Vüqar Cəbrayıl oğludur. 

\\32gun.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
33
hurriyyet.az

10Mənbələr