AZ

Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün etdi - Ermənistan baş naziri

Bakı. TurkicWorld:

Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində bəyan edib.

O bildirib ki, bəzi qüvvələr Qarabağ məsələsini sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər.

“Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyimi demişdim. Xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi siz də başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq”, - Paşinyan əlavə edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.

Seçilən
52
35
turkic.world

10Mənbələr