AZ

Rusiya Alyaskanı ABŞ-a niyə satıb? - Osmanlının təsiri..

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin Alyaskada keçirilən görüşü Ukrayna müharibəsinə dair gözlənilən nəticəni verməsə də, görüşün yeri və atmosferi simvolik məna daşıyırdı. Putin hər iki tərəfə düzülmüş ABŞ döyüş təyyarələrinin arasından keçərək Tramp ilə görüş yerinə gəlmiş, həmin anda ABŞ-ın məşhur F-35 qırıcılarından biri iki liderin üzərindən uçmuşdu. Bu detal Soyuq müharibə dövrünə işarə kimi qiymətləndirilir. Lakin görüşün məhz Alyaskada keçirilməsi də başqa bir tarixi səbəblə bağlıdır.

HİT.az xəbər verir ki, Alyaska 1867-ci ilə qədər Rusiyaya məxsus olub. 1 milyon 523 min kvadrat kilometr ərazisi ilə Rusiyanın Amerika qitəsindəki yeganə torpağı sayılıb. Ancaq Moskva ilə məsafənin uzaqlığı, əlverişsiz iqlim və bölgənin müdafiə çətinlikləri bu torpağı yükə çevirib. 

Çar II Aleksandr artıq 1850-ci illərdən Alyaskanı gözdən çıxarıb. 1859-cu ildə ABŞ-a təklifi edilib. ABŞ isə yalnız vətəndaş müharibəsindən sonra məsələyə yönələ bilib. 1867-ci ildə ABŞ dövlət katibi Uilyam Syuard ilə Vaşinqtondakı rus səfiri Eduard de Stokl arasında danışıqlar nəticəsində Alyaska 7,2 milyon dollara satılıb.

ABŞ dövlət katibinin bu alışına media "Syuardın buzxanası" başlığını qoyaraq istehza ilə yanaşıb. Ancaq sonralar Alyaskada zəngin qızıl, neft və qaz yataqları kəşf edilincə bu satışın əsl dəyəri ortaya çıxıb. ABŞ Dövlət Departamentinin tarix idarəsinin qeydlərinə görə, Rusiya Alyaskanı məhz iqtisadi çətinliklər səbəbilə satmağa məcbur olub. Bunun əsas səbəbi isə 1853–1856-cı illərdə Osmanlı, Fransa və Böyük Britaniyanın ittifaqı qarşısında məğlubiyyətlə nəticələnən Krım müharibəsi idi.

Krım müharibəsində Osmanlı imperiyası Rusiyanın genişlənmə siyasətinə qarşı çıxaraq 1853-cü ildə müharibəyə başlamış, daha sonra Britaniya və Fransa Osmanlının müttəfiqi kimi döyüşə qatılmışdı. Üç il davam edən müharibənin sonunda Rusiya məğlub olub. Osmanlı diplomatik üstünlüklər qazansa da, ilk dəfə xarici borc götürərək gələcək iflas yoluna girib.

Samir
 

Seçilən
22
28
hit.az

10Mənbələr