
Ədalət Verdiyev qeyd edib ki, Tehranın mərkəzində yüksək rütbəli iranlı komandirlərin şəxsi məkanlarda – hətta yataq otaqlarında belə məhv edilməsi İranın xüsusi rabitə sisteminin yararsız olduğunu və ya ümumiyyətlə mövcud olmadığını ortaya çıxarıb. Onun fikrincə, dövlət idarəçiliyində şifrəli rabitə vasitələrinin istifadədən kənarda qalması İranın ən böyük zəifliklərindən biridir:"Bu müharibə zamanı İran ərazisi həm İsrailin yeni silahlı və hibrid mübarizə metodlarının, həm də ABŞ-nin bunker əleyhinə bombalarının sınaq meydanına çevrilib. Bu, müasir informasiya texnologiyalarının yaxın və orta perspektivdə baş verəcək müharibələrin əsas elementlərindən biri olduğunu göstərir". Ekspert bildirib ki, Azərbaycan bu təcrübədən nəticə çıxarmalı, beynəlxalq İT şirkətləri və proqram təminatçılarla əməkdaşlığı gücləndirməli, həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin imkanlarını artırmalıdır.
Onun fikrincə, mövcud Rusiya və İran təhdidlərini neytrallaşdırmaq üçün Türkiyə, ABŞ, İsrail, Pakistan və digər tərəfdaşlarla birgə daha üstün imkanlara malik regional təhlükəsizlik çətiri qurulmalıdır.