AZ

Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”, - Paşinyan qeyd edib.

O, xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıb - birincisi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Saziş paraflanıb, ikincisi, birgə bəyannamə qəbul edilib.

Seçilən
7
50
publika.az

10Mənbələr