ABŞ Prezidenti Donald Tramp bütün tənqidlərinə baxmayaraq, Ukraynadakı böhrana son qoymaqda qərarlı olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkə hesabında yazıb.
“Mən həmin vaxt prezident olsaydım, bu münaqişə heç vaxt baş verməzdi. Mən nə etdiyimi dəqiq bilirəm! Bütün bu münaqişələr üzərində illərdir işləmiş və onları dayandırmaq üçün heç nə edə bilməyən insanların məsləhətinə isə ehtiyacım yoxdur. Onlar sağlam düşüncədən, zəkadan və anlayışdan məhrum “axmaq” insanlardır. Onlar Rusiya ilə Ukrayna arasında fəlakətin həllini yalnız çətinləşdirirlər” , -deyə Tramp bildirib.