AZ

Rasim Balayev: “Məndən olsa, onları güllələyərdim, amma…”

“Məndən olsa, şəhidlərimizin məzarları üzərində təhqiramiz hərəkətlər edən həmin ərəbləri güllələyərdim. Lakin qanun çərçivəsində nə lazımdırsa, dövlətimiz edəcək”. Bu sözləri Musavat.com-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

 

O bildirib ki, ümumiyyətlə, Azərbaycanın müstəqil olmasını çox ölkə həzm edə bilmir:

 

“Ona görə də müxtəlif təxribatlar törədirlər. Deməli, onlar istəyirlər ki, biz həmişə işğal altında qalaq, kimdənsə asılı olaq və qapazaltı vəziyyətində olaq. İndi görün həmin ərəblər nə qədər qudurublar ki, gəlib şəhidlərimizin məzarlarına belə hörmətsizlik edirlər. Hesab edirəm ki, ölkəmizə gələn ərəblərlə ciddi məşğul olmaq lazımdır. Onlara ölkəmizin qayda-qanunları və mənəvi dəyərləri izah edilməlidir.

 

Ərəblərin nəyi var? Onların bir peyğəmbəri var, o da hamımızın peyğəmbəridir. Yoxsa ərəbin ortaya çıxarası nə yazıçısı, nə bəstəkarı, nə də sənət adamı var. Sadəcə, neftdən gələn pullarla yaşayırlar. Bütün bunları nəzərə alaraq, ölkəmizə gələn ərəblərə ciddi nəzarət edilməlidir. Onsuz da onların ictimai yerlərdə, küçələrdə özünü düzgün aparmaması ilə bağlı şikayətlər var. Onlara dərs verilməlidir ki, bir daha belə hadisələr təkrarlanmasın”.

Tarix: 18 Avqust 2025, 18:21   
Seçilən
79
50
pravda.az

10Mənbələr