AZ

Zelenski ABŞ-da sülh danışıqlarına başlayıb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfər edərək sülh danışıqlarına başlayıb.

TurkicWorld xəbər verir ki, hazırda o, Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqla görüş keçirir.

ABŞ prezidenti Donald Tramp bugünkü görüşlə bağlı “Ağ Evdə böyük bir gündür. Daha əvvəl heç vaxt bu qədər çox Avropa lideri bir araya gəlməmişdi. Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik” - deyərək, tarixi zirvənin əhəmiyyətini vurğulayıb.

Qeyd edilir ki, danışıqların əsas mövzusu Ukraynada davam edən müharibənin sona çatdırılması və regionda sülhün təmin olunmasıdır.

Seçilən
46
50
turkic.world

10Mənbələr