AZ

İordaniya hökuməti Rusiya ilə qarşılıqlı viza rejimini təsdiqlədi

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İordaniya Nazirlər Kabineti Rusiya ilə viza rejiminin qarşılıqlı ləğvi haqqında sazişi təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Petra dövlət agentliyi məlumat yayıb .

"Nazirlər Kabineti Rusiya Federasiyası ilə viza tələblərinin qarşılıqlı ləğvi haqqında sazişi təsdiqləyib", - məlumatda deyilir.

Agentliyin məlumatına görə, təşəbbüs ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və ümumi maraqlara cavab verən yeni imkanların yaradılmasına yönəlib.

Sənədin yekun təsdiqindən sonra Rusiya və İordaniya vətəndaşları turist vizası almadan 30 gün müddətində ölkələrdə qala biləcəklər. Eyni zamanda, ümumi qalma müddəti ildə 90 gündən çox olmamalıdır.

Aminə Şahsuvarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
7
redaktor.az

10Mənbələr