AZ

Deputat AYNA-nı sərt tənqid etdi: "Cərimələrin çoxluğu insanları bezdirib"

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) oturanlar bu məsələyə ciddi yanaşmalı və parkinq probleminin həlli yollarını tapmalıdırlar. İnsanlara işgəncə vermək olmaz”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Aqil Abbas deyib.

O AYNA-nın parkinq xidmətində olan problemlərdən danışıb:



“Maşını saxlayırsan, düşüb ödəniş etmək istəyirsən, amma elə həmin anda şəkil çəkilir və cərimə yazılır. Halbuki bu, ədalətli deyil. Cərimələrin çoxluğu artıq insanları bezdirib. İnsanlar aldıqları maaşın böyük hissəsini cərimələrə xərcləmək məcburiyyətində qalırlar. Parkinq yerlərinin azlığı isə vəziyyəti daha da çətinləşdirir.Bəzən maşını saxlayıb ödəniş edirsən, amma bir az sonra yenə də cərimə gəlir. Bu hallarla özüm də dəfələrlə qarşılaşmışam. Təəssüf ki, bizdə bəzən insanlara kömək etmək əvəzinə, onlara çətinlik yaratmaq üçün müxtəlif yollar düşünülür”.

Leyla Turan
Demokrat.az
Seçilən
6
50
demokrat.az

10Mənbələr