AZ

Azərbaycan Budapeştdə keçirilən beynəlxalq festivalda təmsil olunub

Azərbaycan Budapeştdə keçirilən 39-cu Beynəlxalq Xalq Yaradıcılığı Festivalında təmsil olunub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 17-dən 20-dək davam edəcək ənənəvi festival Budapeştin tarixi Buda Qalasının ərazisində təşkil edilib.

Məlumata görə, bu festival Macarıstanın ən böyük mədəni tədbirlərindən biridiri.

Builki festivalın fəxri qonağı olan Azərbaycan tədbirdə xalq sənətinin müxtəlif nümunələrinin nümayiş etdirildiyi üç stendlə təmsil olunur.

Qeyd edək ki, festivalda dünyanın müxtəlif ölkələrindən təxminən 800 sənətkar iştirak edir. Əvvəlki illərdə olduğu kimi, builki festivalın da 100 mindən çox ziyarətçi cəlb edəcəyi gözlənilir. Tədbir çərçivəsində ustad dərsləri keçiriləcək, xalq sənətinin canlı nümayişləri baş tutacaq, eləcə də milli musiqi və rəqs proqramları təqdim ediləcək.

Seçilən
13
40
report.az

10Mənbələr