ain.az, Fanat portalına istinadən məlumat yayır.
Mauro İkardi adını "Qalatasaray" tarixinə yazdırmağa davam edir.
Fanat.Az xəbər verir ki, “Fatih Karagümrük”lə keçirilən matçda vurduğu qolla argentinalı hücumçu klub tarixinin ən çox qol vuran legionerləri siyahısında ikinci pilləyə yüksəlib.
Hazırda 62 qol həddinə çatan İkardi yalnız Georgi Hacidən geri qalır. Rumıniyalı əfsanə "Qalatasaray" forması ilə ümumilikdə 72 qol vurub. İlk "3-lüy"ü isə Milan Baroş tamamlayır.
Beləliklə, Mauro daha bir neçə qol vuracağı halda, "Qalatasaray" tarixinin ən məhsuldar legioneri ola bilər.
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.