AZ

"Axios": Tramp Putinin tələblərinə görə Alyaska danışıqlarını bitirmək istəyib

Rusiya prezidenti Vladimir Putin beş regionun gələcəyini müzakirə edərkən maksimalist tələblər irəli sürdükdən sonra ABŞ prezidenti Donald Tramp Alyaskada danışıqları bitirmək istəyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" mənbələrinə istinadla məıumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ prezidenti “Əgər söhbət Donetskdən gedirsə və heç bir güzəşt yoxdursa, sadəcə olaraq, onu uzatmamalıyıq” deyə cavab verib.

"Axios"a görə, Vladimir Putin daha sonra "bu tələbdən imtina edib". Rusiya ilə danışıqlarda iştirak edən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bir gün əvvəl Rusiya tərəfinin sammit zamanı ərazi məsələlərində güzəştə getdiyini bildirib. Onun sözlərinə görə, Rusiya beş rayonun (ehtimal ki, Donetsk, Luqansk, Zaporojya, Xerson vilayətləri və Krımı nəzərdə tutur) inzibati sərhədləri daxilində deyil, indiki cəbhə xəttində ərazilərin mübadiləsinə razıdır. Rusiya rəsmiləri bu məlumatı şərh etməyiblər.

Seçilən
14
50
ikisahil.az

10Mənbələr