Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ukrayna Azərbaycanla təbii qazın yeni tədarükü ilə bağlı danışıqlar aparır.
“Report” "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Svetlana Qrinçuk bildirib.
"Ukrayna Azərbaycanla təbii qazın yeni tədarükü ilə bağlı danışıqları davam etdirir, eləcə də qeyri-rezidentlər tərəfindən Ukraynanın yeraltı anbarlarına qazın vurulması imkanını və Ukrayna-ABŞ Bərpa Fondu çərçivəsində hasilat sahəsində əməkdaşlığı müzakirə edir", - Qrinçuk bildirib.
"Danışıqlar aparırıq, azərbaycanlılar bunda maraqlıdırlar", - nazir əlavə edib.
O, yeni tədarüklərin istilik mövsümündən əvvəl baş tuta biləcəyini ehtimal edib.
S. Qrinçuk həmçinin bildirib ki, qeyri-rezidentlər tərəfindən Ukraynanın yeraltı qaz anbarlarına qazın vurulması və Ukrayna-ABŞ Bərpa Fondu çərçivəsində hasilat layihələri ilə bağlı danışıqlar aparılır.
"Biz tərəfdaşlarımızla işləyirik, hazırda tərəfdaş ölkələrin qaz anbarlarından istifadə payını artırmaq üçün bu anbarlarla bağlı layihələr və bərpa fondu çərçivəsində hasilat layihələri üzrə texniki məsləhətləşmələr davam edir", - nazir qeyd edib.
Xəbər verildiyi kimi, bu ilin iyul ayının sonunda "Naftogaz" Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan qazının alınması haqqında ilk müqaviləni imzalayıb.
"Naftogaz" qeyd edib ki, ilk dəfə olaraq Bolqarıstan - Rumıniya - Ukrayna sərhədi marşrutu üzrə Transbalkan dəhlizi ilə qazın sınaq tədarükü həyata keçirilir.
"Naftogaz Ukrayna" şirkətinin İdarə Heyətinin sədri Sergey Koretskinin sözlərinə görə, söhbət həcmcə kiçik, lakin uzunmüddətli əməkdaşlığa yol açan strateji əhəmiyyətli addımdan gedir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.