AZ

Serbiyanın Baş naziri istefa verdi

Serbiyanın Baş naziri Radovan Vişkoviç istefa verib.

Bakıvaxtı.az Serbiya mediasına istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

"Mən öz varisimə sabit Serb Respublikası qoyuram və yeni hökumətə uğurlar arzulayıram", - o deyib və bu məsələni ölkə Prezidenti Milorad Dodiklə razılaşdırdığını vurğulayıb.

Yaxın vaxtlarda Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılacaq. R.Vişkoviç Nazirlər Kabinetinin yeni tərkibi təsdiq edilənə qədər hökumət başçısı vəzifəsində qalacaq.

Seçilən
18
29
bakivaxti.az

10Mənbələr