AZ

"Swatch" bu reklama görə üzr istədi

Avqustun 16-da İsveçrəli saat istehsalçısı "Swatch" üzr istəyib və modelin gözlərinin kənarlarını uzatan reklamları silib. Görüntü Çin sosial mediasında boykot çağırışlarına səbəb olmuşdu. Məlumata görə, şəbəkə istifadəçiləri asiyalı modelin “meyilli gözlər” jestini pisləyib və bunu irqçi adlandırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Çin sosial media platforması Weibo-da "Swatch"ın reklamındakı "modelin imicinə dair son narahatlıqları" etiraf edib və bütün dünyada reklamları sildiyini söyləyib.

Buna baxmayaraq, bəzi çinli bloggerlər şirkətin cavabından narazı qaldılar və Blancpain, Longines və Tissot da daxil olmaqla digər Swatch Group markalarını boykot etməyə çağırmağa davam etdilər. Çin sosial mediası bu hadisələri hələ də şərh etməyən ölkənin tənzimləyici orqanlarından reaksiya tələb edərək şirkəti "Çinlilərə qarşı irqçilikdə" ittiham etməyə davam edir.

Ötən il Swatch Group-un satışlarının 27%-i Çindən gəlib. Bu gün şirkətin səhmləri 2% ucuzlaşıb.

Seçilən
12
29
ikisahil.az

10Mənbələr