AZ

Kənd Təsərrüfatı sektoruna ayrılan büdcə artdı

Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ötən ilin dövlət büdcəsində “Kənd Təsərrüfatı” sektoru üzrə 6 icraçı təşkilat tərəfindən 7 proqram çərçivəsində 27 tədbirin həyata keçirilməsi üçün 1 milyard 202,6 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə Monitorinqin nəticələrində qeyd edilib.

Bildirilib ki, bu, ötən illə müqayisədə 247 milyon manat və ya 25,8% çoxdur.

İcraçı təşkilatların sifarişləri əsasında həmin məbləğin 1 milyard 95,8 milyon manatı (proqnozun 91,1%-i) ayrılıb ki, bu da proqnozlaşdırılandan 106,8 milyon manat azdır. Ayrılmış vəsait tam həcmdə istifadə olunub. Bununla yanaşı, proqnozlaşdırılan ümumi vəsaitin 11,3%-ni təşkil edən 137,9 milyon manat bölüşdürülməmiş vəsait kimi ayrılıb və o da tam şəkildə xərclənib.

Sektor üzrə ayrılmış ümumi vəsaitin 45,1%-i Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində olan qurumlar — Aqrar Kredit və İnkişaf Agentliyi ilə Aqrar Xidmətlər Agentliyi tərəfindən icra olunan tədbirlərə yönəldilib. Vəsaitin 40%-i isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs tərəfindən həyata keçirilən layihələrin payına düşüb.

Sektor üzrə icra göstəricilərinə əsasən 2024-cü ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artım olmuş və kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən 6,5 faiz artıb.

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin 52,6 faizi heyvandarlıq sahəsinin, 47,4 faizi bitkiçilik sahəsinin payına düşüb, kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5,7 faiz təşkil edib.

Sektora dövlət dəstəyi çərçivəsində 9107 kənd təsərrüfatı texnikası və avadanlığın satışı maliyyələşdirilib, 4105 fiziki və hüquqi şəxsə 75,4 milyon manat məbləğində güzəştli kredit verilib, 98,2 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
19
metbuat.az

10Mənbələr