AZ

“Şəffaf idarəetmə və rəqəmsal texnologiyalar pensiya sistemini gücləndirib” – Elşad Məmmədov

"Son illər Azərbaycanda pensiya sisteminin təkmilləşdirilməsi ilə bağlı əldə olunmuş müsbət nəticələr, qəbul edilmiş effektiv idarəetmə qərarları onu deməyə əsas verir ki, proaktiv təminat, şəffaf idarəetmə və rəqəmsal texnologiyaların tətbiqi pensiya sistemimizin adaptiv mexanizmlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaratmışdır. Buna görə də zənnimcə, hansısa iqtisadi və sosial təzyiqlər, yaxud qeyri-müəyyənliklər yaransa belə, ölkəmizin pensiya sistemi müvafiq qaydada həmin çağırışlara reaksiya vermək imkanına malikdir".

QHT.az xəbər verir ki, bu sözləri İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, pensiya təyinatı ilə bağlı müvafiq indikatorların və əmsalların tətbiqi nəticəsində, hətta pensiyaçılarımızın yaşı 100-ü keçsə belə, pensiya təminatı və ödənişləri ilə bağlı sistemin imkanları mövcuddur:

"Bu səbəbdən də düşünürəm ki, pensiya ödənişləri ilə bağlı hər hansı problem gözlənilmir. Eyni zamanda, bir məqama da diqqət yetirmək lazımdır ki, son illərdə Dövlət Sosial Müdafiə Fondu faktiki olaraq ölkə iqtisadiyyatının investorlarından birinə çevrilməkdədir. Bu isə, təbii ki, Fondun imkanlarının genişlənməsinə və pensiya təyinatı ilə bağlı daha effektiv fəaliyyət göstərməsinə şərait yaradır".

Ardı var...

 

Pərvanə Fərhadqızı

Seçilən
109
qht.az

1Mənbələr