AZ

Xaçmazda maşını ağaca çırpan sürücü HƏYATINI İTİRDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində yol-nəqliyyat qəzası nəticəsində vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Senzor.az FHN-ə istinadən bildirir ki, məlumatla əlaqədar Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri dərhal əraziyə cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1999-cu il təvəllüdlü Əlmərdanov Elvin Məzahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Son məlumata görə, qəza nəticəsində ağır xəsarət alan Elvin Əlimərdanov xəstəxanada dünyasını dəyişib.

Seçilən
21
42
senzor.az

10Mənbələr