AZ

Ağstafada yük avtomobili qəza törədib - Xəsarət alan var - FOTO

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, rayonun Qırılı kəndində “Mercedes” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib. Nəticədə avtomobil dəmir məhəccərləri sındıraraq yol kənarına çıxıb.
 
Qəza zamanı sürücü xəsarət alıb və dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
51
50
moderator.az

10Mənbələr