AZ

Zərifdən Zəngəzur dəhlizi haqda gözlənilməz açıqlama

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Həm İran, həm də Rusiya ABŞ-ın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında əldə olunmuş son razılaşmanı bir fürsət kimi qiymətləndirməlidir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif “Foreign Policy” jurnalında dərc olunan məqaləsində yazıb.

O, məqalədə ölkənin yeni siyasi kursa ehtiyac duyduğunu bildirib. Məqalədə Azərbaycanın son vaxtlar regionda təşəbbüsləri və Zəngəzur dəhlizinin işə düşməsinin İran üçün yaratdığı imkanlar xüsusi vurğulanıb.

Zərif İranın Almaniya, Fransa və Böyük Britaniya ilə nüvə proqramı üzrə danışıqlara qayıtmasının zəruriliyini vurğulayıb. O, İranın daimi təhlükə anlayışından imtina edərək “fürsətləri dəyərləndirmə paradiqmasına” keçməli olduğunu qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
50
globalinfo.az

10Mənbələr