AZ

Zelenski SOCAR-ın VURULMAĞINDAN danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski gecə saatlarında rus hərbçilərinin Ukraynanın müxtəlif regionlarına zərbələrindən danışıb.

Musavat.com xəbər verir ki, Zelenski bildirib ki, hamı ləyaqətli sülh və real təhlükəsizlik istəyir: “Ancaq məhz bu vaxt ruslar Xarkov, Zaporojye, Sumı, Odessa şəhərlərinə, yaşayış binalarına və mülki infrastrukturumuza zərbələr endirirlər.”

Prezidentin sözlərinə görə, zərbələr arasında Azərbaycana məxsus SOCAR şirkətinin Odessadakı enerji obyektinə də şüurlu şəkildə hücum edilib.

“Bu, münasibətlərimizə və enerji müstəqilliyimizə zərbədir”, — deyə o vurğulayıb.

Zelenski əlavə edib ki, Rusiya hərbi maşını həyatın məhv edilməsini davam etdirir və Putin hələ də Ukrayna və Avropaya təzyiq göstərmək, diplomatik səyləri zəiflətmək məqsədilə nümunəvi terror aktları həyata keçirəcək.

“Müharibəni sona çatdırmaq lazımdır. “Dayan” sözünü məhz Moskva eşitməlidir”, — deyə Prezident bildirib.

Seçilən
7
31
ictimairey.az

10Mənbələr