Bu ilin ilk 7 ayında Azərbaycan xaricdən 1 milyard 171 milyon dollar dəyərində 63 min 401 ədəd avtomobil idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 12 min 222 ədəd və ya 23,9%, dəyəri isə 227,2 milyon dollar və ya 24,1% artıb.
Əvvəlki ildə Azərbaycana 943,8 milyon dollar dəyərində 51 min 179 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, 1 ədəd avtomobilin orta idxal qiyməti bu ilin ilk 7 ayına görə 18 min 470 dollar (31 min 398 manat) olub ki, bu da illik müqayisədə cüzi – 29 dollar (49 manat) və ya 0,2% artıb.
Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövründə 18 min 441 dollar (31 min 350 manat) idi.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 38,1 milyon dollar dəyərində 1 min 180 ədəd, hibrid mühərrikli avtomobillərin sayı isə 601,2 milyon dollar dəyərində 29 min 958 ədəd təşkil edib. Yük avtomobillərinin ümumi sayı 57,1 milyon dollar dəyərində 4 min 759 ədəd, xüsusi təyinatlı avtomobillərin sayı 28,1 milyon dollar dəyərində 293 ədəd olub.