Sentyabrın 1-dən Rusiya Federasiyasının Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan işçilər üçün yeni əmək məhdudiyyətləri tətbiq ediləcək.
“Cebheinfo.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu üç ölkədən olan şəxslərə topdansatış və pərakəndə ticarətlə məşğul olmaq, həmçinin nəqliyyat vasitələrinin, o cümlədən motosikllərin təmiri qadağan ediləcək.
Bu məhdudiyyətlər patentlə işləyən xaricilərə aiddir.
“Cebheinfo.az”