AZ

Alüminium tavaları sabundan daha yaxşı necə təmizləmək olar? SADƏ ÜSUL

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Alüminium qabların qulluq zamanı incə üst qatına zərər verməmək vacibdir. Alüminium mətbəx qabları həm davamlı, həm də yüngüldür. Lakin alüminium qabları üst qatını zədələyən yuyucu vasitələrlə yumaq və ya həmin qatı dağıdacaq alətlərdən istifadə etmək olmaz. Məhz bu qat tavada yapışmama effektini yaradır.

Lent.az bu üsulları təqdim edir:

Alüminium qabların təmizlənməsi çox vaxt aparmır. Əgər sadəcə yumurta qızartmış və ya kotlet isidibsinizsə, isti və nəm dəsmal ilə silmək kifayətdir. Lakin dibində yağ qatı və ya yanmış yemək qalıqları varsa, “qızıl qayda”ya əməl etmək lazımdır: tavanı hələ isti ikən təmizləyin. Ocaqdan götürdükdən bir neçə dəqiqə sonra tavaya bir az ilıq su (qaynar deyil, metalın deformasiyasının qarşısını almaq üçün) tökün və bir qədər “qaynamasına” icazə verin. Bu, yemək qalıqlarının səthdən asanlıqla ayrılmasına kömək edəcək. Daha sonra taxta qaşıq, yumşaq fırça və ya süngər ilə qalıqları təmizləyin. Metal qaşıqlar, sərt fırçalar və ucuz plastik ləvazimatlardan istifadə etməyin: onlar ya səthi cıza, ya da istidən əriyə bilər. Əgər çox çirklənmə varsa, aşpazlar adi iri duzdan istifadə etməyi məsləhət görürlər. Tavaya duz səpin və ehtiyatla sürtün. Duz yumşaq aşındırıcı kimi təsir göstərir, qoruyucu qata zərər vermir.

Alüminium qablar mütəmadi istifadəyə “can atır”: nə qədər çox bişirsəniz, onun vəziyyəti bir o qədər yaxşılaşır və yapışmama xüsusiyyəti daha da mükəmməl olur. Buna görə onu şkafda gizlətməyin qoy işləsin və sizə uzun illər xidmət etsin.

Xatırlatma: Alüminium qabda yeməyin yapışmaması üçün ondan düzgün istifadə etmək və bəzi səhvlərdən qaçmaq lazımdır. Ən çox edilən səhvlər qızartma zamanı kifayət qədər yağ istifadə etməmək və qabı yetərincə qızdırmamaqdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
9
lent.az

10Mənbələr