AZ

İordaniya 33 ildən sonra ilk dəfə məcburi hərbi xidməti BƏRPA ETDİ

İordaniya 33 ildən sonra ilk dəfə məcburi hərbi xidməti bərpa edir.

İnterpress.az xəbər verir ki, bu barədə Petra Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, İordaniya Kralı II Abdullah 1991-ci ildə ləğv edilmiş icbari hərbi xidmətin bərpa olunduğunu elan edib.

O, İrbiddə gənclərlə görüşündə bu qərarı “milli birlik və kimliyin möhkəmləndirilməsi, eləcə də gənclərin təhsili istiqamətində atılan addım” kimi təqdim edib.

Hökumət və ordu tezliklə proqramın təfərrüatlarını təqdim edəcək və parlamentdə təsdiq üçün qanun layihəsi hazırlayacaq.

İordaniyada 1992-ci ildə İsraillə sülh müqaviləsi imzalandıqdan qısa müddət sonra məcburi xidmət ləğv edilib.

O vaxtdan bəri hərbi xidmətə çağırışın bərpasına cəhdlər edilsə də, heç bir nəticəsi olmayıb.

“Formal olaraq ordu islahatının İsraillə əlaqəsi yoxdur, lakin İsrailin baş naziri Netanyahunun “Böyük İsrail”lə bağlı son bəyanatları İordaniyada hiddət doğurub”, – İsrail mediası yazır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
35
interpress.az

10Mənbələr