AZ

İctimai yerdə dini ayin keçirənlər həbs edilib

Bir qrup şəxsin Xəzər rayonu ərazisində qanunsuz dini ayin keçirməyə cəhd edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən Day.Az-a verilən məlumata görə, tədbir zamanı qeyd edilən hüquqazidd əməlləri törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Nigar Bağırova, 1984-cü il təvəllüdlü Aytən İbrahimova, 1981-ci il təvəllüdlü Şəhla Fərəcova, 1975-ci il təvəllüdlü Xoşqədəm Quliyeva, 1994-cü il təvəllüdlü Şərqiyyə Sadıqova və 1973-cü il təvəllüdlü Arzu Hüseynova saxlanılıblar.

 

Bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Cinayət işi başlanılıb və adları çəkilən 6 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Məlumatda qeyd edilib ki, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
14
50
day.az

10Mənbələr